29 okt 2026
24 apr 2026
17 fev 2026
17 fev 2026
17 fev 2026
Beynəlxalq Ahıllar Günü münasibətilə pensiyaçılar üçün xüsusi səhər yeməyi təşkil olunub!
“Sosial Tərəfdaş” olaraq bildiririk ki, dövlət xidmətlərinin daha əlçatan və rahat istifadəsini təmin etmək məqsədilə mygov platforması vahid dövlət tətbiqi kimi formalaşdırılır. Bu yenilik vətəndaşlara bütün dövlət xidmətlərinə bir tətbiq üzərindən daha sürətli və asan çıxış imkanı yaradır. Artıq pensiyaçılar e-Sosial xidmətlərindən də mygov mobil tətbiqi vasitəsilə faydalana bilərlər. Xüsusilə, pensiyaçı endirim barkodunu aktivləşdirmək üçün mygov tətbiqinə keçid etmək kifayətdir. Pensiyaçılar endirim imkanlarından yararlanmaq üçün mygov mobil tətbiqini yükləyib qeydiyyatdan keçməklə endirim barkodunu aktivləşdirə bilərlər. Endirimlərdən yarralanmaq üçün tətbiqin ana səhifəsində əks olunan xüsusi barkodu seçilmiş marketlərdə, apteklərdə və klinikalarda ödənişdən əvvəl kassaya təqdim etməlidirlər. Mygov pensiyaçı barkodunu təqdim edərək endirim tətbiq edildikdən sonra ödənişi istər nağd, istər istənilən bank kartları ilə edə bilərlər. Qeyd edək ki, layihə çərçivəsində endirimlərin tətbiq olunduğu müəssisələrin siyahısı və endirim şərtləri sosialterefdash.az saytında mütəmadi olaraq yenilənir. Bu yenilik pensiyaçıların xidmətlərə daha əlçatan və sərfəli şəkildə çıxışını təmin etməyə xidmət edir. 1️⃣ mygov tətbiqini yükləyin 2️⃣ Qeydiyyatdan keçin 3️⃣ Sizə özəl barkodu kassirə göstərin ✅ Endiriminiz dərhal tətbiq olunacaq! Daha ətraflı məlumat üçün: 📞 010 712 73 12 🌐 sosialterefdash.az “Sosial Tərəfdaş” olaraq xidmətlərimizi sizin üçün daha əlçatan etməyə davam edirik.
Kimsəsiz uşaqlar ilə sevgi dolu anlar.
Sosial Tərəfdaş komandası kimsəsiz uşaqları sevindirdi.
E-Sosial tətbiqini yüklə. Endirim barkodunu aktivləşdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulunu davam etdirir.