Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sosial Tərəfdaş” loyallıq proqramı ölkə üzrə təqaüdçülər, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün sosial rifahın yaxşılaşdırılması məqsədilə xüsusi endirim imkanları yaradır.
Bakıvaxtı.az xəbər verir ki, proqram çərçivəsində minlərlə vətəndaş supermarketlər, apteklər, klinikalar və digər xidmət sahələrində alış-veriş zamanı güzəştlərdən faydalana bilir. Endirimlər gündəlik xərclərin azaldılması və sosial dəstəyin artırılması istiqamətində əhəmiyyətli addımdır.
Endirimlərdən yararlanmaq üçün vətəndaşların “e-Sosial” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və kassada “Sosial Tərəfdaş” barkodunu təqdim etməsi kifayətdir.
Ətraflı məlumat və endirim təklifləri ilə tanış olmaq istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər:
12 avq 2025, 09:02
11 okt 2024
14 okt 2024
18 okt 2024
31 okt 2024
19 noy 2024