Əsas səhifə // Sual-Cavab

Sual-Cavab

Layihə DSMF-dən sosial ödəniş alan (Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya), sosial ödəniş kartı olan şəxslər üçün nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya olaraq sosial ödəniş alan şəxslərə təqdim olunan sosial ödəniş kartıdır.

Endirimlər tərəfdaş müəssisələrdə iki üsul ilə həyata keçirilir: 1. e-Sosial barkodu ilə. 2. Sosial ödəniş kartı ilə. Müəssisələrin siyahısı və endirim tətbiq edilmə üsulu ilə ana səhifədən tanış ola bilərsiniz.

Sosial ödəniş kartından şəxsin özü yox, ailə üzvü istifadə etdikdə də “Sosial tərəfdaş” proqramının partnyorları tərəfindən endirim tətbiq edilir.

DSMF-nin tərəfdaş olduğu müəssisələrin siyahısı ilə sosialterefdash.az saytına daxil olaraq tanış olmaq mümkündür.

Endirim faizləri tərəfdaş şirkətin aid olduğu kateqoriyaya görə 40%-dək dəyişir

Endirim faizləri məhsul, xidmət və müəssisələrə görə dəyişir görə 40%-dək dəyişir. Endirim faizləri və tərəfdaş müəssisələrin siyahısı ilə sosialterefdash.az saytına daxil olaraq tanış ola bilərsiniz.

Ödənişin sosial ödəniş kartı ilə edilməli olduğunu bildirin. Problem həllini tapmazsa sosial tərəfdaşın adını və əgər vətəndaş bilirsə hansı bankın POS-terminalı ilə ödənildiyini öyrənib qeyd edin. Araşıdırılıb geri dönüş oluncağını bildirin.

Hələ ki, “Apple Pay” və “Google Pay” kimi ödəniş vasitələrindən istifadə etməklə aparılan ödənişlərə endirimlər tətbiq olunmur.

Endirimlərdən yararlanmaq üçün əməliyyat məbləğinin minimum və/və ya maksimum həddinə dair hər hansı limit tələbi yoxdur və endirimlər üzrə maksimum faiz və ya məbləğ limiti tətbiq olunmur.

Endirimlər tərəfdaş müəssisələrdə iki üsul ilə həyata keçirilir: 1-ci üsul: e-Sosial barkodu ilə. e-Sosial tətbiqini yükləyin, qeydiyyatdan keçin, sizə özəl barkodu kassirə göstərin. Endiriminiz dərhal tətbiq olunacaq! Ödənişi istər nağd istər bank kartları ilə edə bilərsiniz. 2-ci üsul: Sosial ödəniş kartı ilə. Sosial ödəniş alan şəxslər sosial ödənişin köçürüldüyü bank kartı ilə layihəyə qoşulmuş tərəfdaş şirkətlərin şəbəkələrində POS-terminallar vasitəsilə ödəniş etdikdə dərhal endirimlər əldə edirlər. Endirim avtomatik hesablanır və vətəndaş əldə olunan endirimi ödəniş qəbzində dərhal görə bilir. Müəssisələrin siyahısı və endirim tətbiq edilmə üsulu ilə ana səhifədən tanış ola bilərsiniz.

"Sosial tərəfdaş” proqramının partnyorlarından alınan məhsulların geri qaytarılması qərarı tərəfdaş şirkət tərəfindən verilir. Qanunvericilikdə nəzərdə tutulan vaxt ərzində və qaytarılmağa əsaslı səbəb olarsa, mümkündür.

Sosial ödəniş alan şəxslər üçün tərəfdaşın daxili kredit təqdim etməsi könüllü şəkildə həyata keçirilir. Tərəfdaşlardan alınan məhsullara müvafiq banklardan xüsusi güzəştli kredit verilməsi nəzərdə tutulur. Yaxın zamanlarda bu xidmət aktiv olacaq.

Məqsədimiz DSMF-dən sosial ödəniş alan şəxslərin bu loyallıq proqramı çərçivəsində maliyyə biliklərinin artırılması və rifah halının yaxşılaşdırılmasıdır.

"Sosial tərəfdaş" saytında "Bizə yazın" bolməsində xüsusi formanı dolduraraq qeydiyyatdan keçə bilərsiz.

// Müraciət

Sual ver

Sosial Tərəfdaş Kartı

Müraciətiniz üçün təşəkkürlər!

Müraciətiniz üçün təşəkkürlər!

Əsas səhifə