Layihə DSMF-dən sosial ödəniş alan (Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya), sosial ödəniş kartı olan şəxslər üçün nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya olaraq sosial ödəniş alan şəxslərə təqdim olunan sosial ödəniş kartıdır.
Sosial ödəniş kartından şəxsin özü yox, ailə üzvü istifadə etdikdə də “Sosial tərəfdaş” proqramının partnyorları tərəfindən endirim tətbiq edilir.
Ödənişin sosial ödəniş kartı ilə edilməli olduğunu bildirin. Problem həllini tapmazsa sosial tərəfdaşın adını və əgər vətəndaş bilirsə hansı bankın POS-terminalı ilə ödənildiyini öyrənib qeyd edin. Araşıdırılıb geri dönüş oluncağını bildirin.
Hələ ki, “Apple Pay” və “Google Pay” kimi ödəniş vasitələrindən istifadə etməklə aparılan ödənişlərə endirimlər tətbiq olunmur.