Əsas səhifə // Xəbərlər

Xəbərlər

Paylaş:

Kopyalandı

Şəhid övladları DSMF-nin Qəbul Mərkəzində

Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin övladları vətəndaşlara bir neçə saatlıq xidmət göstəriblər. DSMF-nin növbəti uğurla reallaşdırılan layihəsində 14-15 yaş aralığında şəhid övladları iştirak ediblər. Onlar Qəbul Mərkəzində iş prosesi ilə tanış olub, Fondun fəaliyyət istiqamətləri ilə bağlı qəbula gələn vətəndaşların müraciətlərini qeydə alıblar. Vətəndaşlar tərəfindən şəhid övladlarının onları qəbul etməsi maraqla qarşılanıb. DSMF-nin sədr müavini Səfər Mehdiyev şəhid övladlarına layihədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. O, şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışıb

Ətraflı 18 okt 2024

Paylaş:

Kopyalandı

Şəhid ailələri ziyarət edilib

Vətən müharibəsinin ildönümü ərəfəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavinləri Lənkəran, Ağdaş, Quba və Hacıqabul rayonlarında yaşayan şəhid ailələrini ziyarət edib, onların sosial vəziyyətləri ilə maraqlanıblar.

Ətraflı 14 okt 2024
asc

Paylaş:

Kopyalandı

2024-cü ilin sentyabr ayı xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 411 nəfər olub.

Onların 109 956 nəfəri yaşa, 14 492 nəfəri əlilliyə, 20 963 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Ətraflı 11 okt 2024

Müraciətiniz üçün təşəkkürlər!

Müraciətiniz üçün təşəkkürlər!

Əsas səhifə