“Sosial Tərəfdaş” layihəsi bütün növ təqaüd alan şəxslərə şamil olunur. Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və digər kateqoriyalara əsasən təqaüd hüququ əldə etmiş şəxslər bu layihə çərçivəsində endirimlərdən və digər imtiyazlardan faydalana bilərlər. Layihə çərçivəsində, təqaüd alan şəxslərə müxtəlif xidmətlərdə, məsələn, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələrdə endirimlər təqdim olunur. Bu, onların gündəlik xərclərini azaltmağa və maliyyə yükünü yüngülləşdirməyə kömək edir. Bu yanaşma, cəmiyyətdə daha bərabər və dəstəkləyici bir mühitin yaradılmasına kömək edir.
“Əmək pensiyaları haqqında” Qanunun 7, 8, 9-cu maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
“Əmək pensiyaları haqqında” Qanunun 11, 12-ci maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
“Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.2, 7.0.2, 4.0.1.3, 7.0.3, 4.0.1.5, 7.0.5-ci maddələrinə əsasən, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ müəyyən edilmiş şəxslərə
“Əmək pensiyaları haqqında” Qanunun 14, 15, 16, 17-ci maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
Endirimlər məhsul və müəssisələrə görə dəyişir. "Tərəfdaşlar" bölməsindən müəssisələr və endirim faizləri ilə tanış ola bilərsiniz.
Kartla etdiyiniz hər əməliyyat zamanı endirim əldə edirsiniz.
Artıq bankomat qarşısında növbədə və ya kassada pul sayarkən vaxt itirmirsiniz.
Güzəştlər heç bir başqa əməliyyat aparılmadan birbaşa sosial ödəniş kartınıza tətbiq olunur.
Pulunuz həmişə ən etibarlı yerdə – kartınızda qalır və siz tam təhlükəsiz, endirimli alış-veriş imkanı qazanırsınız.
Hədəflərimiz gerçəkləşdirmək üçün bilik və bacarıqlarımızı bölüşərək ruh yüksəkliyi ilə vahid komanda olaraq çalışırıq.
Bütün münasibətlərdə dürüstlük öncəliyimizdir. Qarşılıqlı inam və şəffaflığa istinad edirik.