2%-5%
2%
5%-15%
10-20%
10%
10%-15%
10-15%
10-40%
“Sosial tərəfdaş” layihəsi çərçivəsində bizimlə əməkdaşlıq edən istənilən partnyorumuza (market, aptek və s.) yaxınlaşın və alış veriş edin
Ödəniş zamanı e-Sosial tətbiqindəki barkodu kassirə göstərin
Kassir barkodu skan etdikdən sonra ödənişdə endirim avtomatik tətbiq olunacaq
“Sosial Tərəfdaş” layihəsi bütün növ təqaüd alan şəxslərə şamil olunur. Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və digər kateqoriyalara əsasən təqaüd hüququ əldə etmiş şəxslər bu layihə çərçivəsində endirimlərdən və digər imtiyazlardan faydalana bilərlər. Layihə çərçivəsində, təqaüd alan şəxslərə müxtəlif xidmətlərdə, məsələn, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sahələrdə endirimlər təqdim olunur. Bu, onların gündəlik xərclərini azaltmağa və maliyyə yükünü yüngülləşdirməyə kömək edir. Bu yanaşma, cəmiyyətdə daha bərabər və dəstəkləyici bir mühitin yaradılmasına kömək edir.
“Əmək pensiyaları haqqında” Qanunun 7, 8, 9-cu maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
“Əmək pensiyaları haqqında” Qanunun 11, 12-ci maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
“Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.2, 7.0.2, 4.0.1.3, 7.0.3, 4.0.1.5, 7.0.5-ci maddələrinə əsasən, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ müəyyən edilmiş şəxslərə
“Əmək pensiyaları haqqında” Qanunun 14, 15, 16, 17-ci maddələrinə əsasən pensiya hüququ müəyyən edilmiş şəxslərə
Layihə DSMF-dən sosial ödəniş alan (Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya), sosial ödəniş kartı olan şəxslər üçün nəzərdə tutulub.
“Sosial tərəfdaş” partnyorlarından endirim əldə etmək üçün ödənişi mütləq sosial ödəniş kartı ilə etmək lazımdır.
DSMF-nin tərəfdaş olduğu şirkətlərin siyahısı ilə dsmf.gov.az saytına daxil olaraq ana səhifədəki “Sosial Tərəfdaş” pəncərəsinə keçid edərək mobil tətbiq üzərindən tanış olmaq mümkündür. Saytda, yaxud mobil tətbiqə daxil olub "Partnyorlar" bölməsində endirimlə (%) tanış ola bilərsiz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya olaraq sosial ödəniş alan şəxslərə təqdim olunan sosial ödəniş kartıdır.
Sosial ödəniş kartından şəxsin özü yox, ailə üzvü istifadə etdikdə də “Sosial tərəfdaş” proqramının partnyorları tərəfindən endirim tətbiq edilir.
Endirim faizləri tərəfdaş şirkətin aid olduğu kateqoriyaya görə 30%-dək dəyişir
Kartla etdiyiniz hər əməliyyat zamanı endirim əldə edirsiniz.
Artıq bankomat qarşısında növbədə və ya kassada pul sayarkən vaxt itirmirsiniz.
Güzəştlər heç bir başqa əməliyyat aparılmadan birbaşa sosial ödəniş kartınıza tətbiq olunur.
Pulunuz həmişə ən etibarlı yerdə – kartınızda qalır və siz tam təhlükəsiz, endirimli alış-veriş imkanı qazanırsınız.
Hədəflərimiz gerçəkləşdirmək üçün bilik və bacarıqlarımızı bölüşərək ruh yüksəkliyi ilə vahid komanda olaraq çalışırıq.
Bütün münasibətlərdə dürüstlük öncəliyimizdir. Qarşılıqlı inam və şəffaflığa istinad edirik.